Neftçala rayonunda evdən meyit aşkarlanıb.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun Xolqaraqaşlı kəndində qeydə alınıb.
Belə ki, kənd sakini Fuad Xəlilovun meyiti yaşadığı evində tapılıb.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, mərhum əvvəllər müəllim işləyib. Həmçinin bir müddət öncə onun evində də yanğın baş verib.
İqbal Ziya
Qaynar xətt:
(055) 224 12 12