Aprelin 23-dən 27-dək Qırğızıstanın paytaxtı Bişkekdə XVII Beynəlxalq universal “Qırğızıstan-2015” sərgi-
Oxu.Az xəbər verir ki, bu barədə məlumat Qırğızıstan Ticarət-Sənaye Palatasının rəsmi saytında yazılıb.
Qırğızıstan Ticarət-Sənaye Palatasının verdiyi məlumata görə, sərgidə Qırğızıstanın yaxın ölkələrdən – Qazaxıstan, Özbəkistan, Azərbaycan, Türkmənistan eləcə də Rusiyadan gələn nümayəndələrinin iştirakı gözlənilir.
Qeyd edək ki, bu sərgi dünyanın bir çox ölkələrinin işgüzar aləmində geniş şöhrət tapmış beynəlxalq tədbirdir. Sərginin əsas bölmələri turizm və səyahət, qida məhsulları və kənd təsərrüfatı, təmizləyici və yuyucu vasitələr, ətriyyat-kosmetika məmulatları, maşınqayırma, ehtiyat hissələri, daşınmaz əmlak və sərmayə, yüngül sənaye və s. sahələr olacaq.
Sərgidə həmçinin “Ən yaxşı stend dizaynı”, “Qızıl medal” müsahibələri və peşəkar seminar, usta dərsləri, təqdimatlar olacağı gözlənilir.