İran və Azərbaycan arasında məhbusların mübadiləsi haqqında imzalanmış müqavilə əsasında tezliklə Azərbaycanda cəza çəkən daha 35 İran vətəndaşı ölkəmizə qaytarılacaq.
Oxu.Az Day.Az-a istinadən xəbər verir ki, bu sözləri İranın Azərbaycandakı səfiri Möhsin Pakayin bu gün İranın XİN-in Təbrizdəki ofisində jurnalistlərə deyib.
M.Pakayin deyib ki, ötən aylar ərzində İranda cəza çəkən 4 Azərbaycan vətəndaşı da ölkəsinə qaytarılıb.
Qeyd edək ki, mart və aprel ayları ərzində Azərbaycan həbsxanalarında cəza çəkən 34 İran vətəndaşı ölkələrinə qaytarılıb. (trend)