Astara rayonunda ağır yol qəzası baş verib.
Oxu.Az Lent.az-a istinadən xəbər verir, rayonun Hamoşam kəndində “QAZ 66” markalı yük avtomobili sürücünün idarəetməsindən çıxaraq çaya aşıb. Nəticədə sürücü, 1957-ci il təvəllüdlü Rəşidov Malik Calal oğlu hadisə yerindəcə keçinib. Avtomobildə olan sərnişin, Əlizadə Anar Vaqif oğlu isə müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirlib.
Faktla bağlı Astara RPŞ-də cinayət işi açılıb, araşdırmalar aparılır.