Ukraynada keçirilən prezident seçkilərində həmçinin Azərbaycanda yaşayan ukraynalılar da iştirak edə bilər.
Oxu.Az ANSPRESS-ə istinadən xəbər verir ki, Bakıda yaşayan ukraynalıların səsverməsi üçün Ukraynanın Azərbaycandakı səfirliyində də səsvermə məntəqəsi yaradılıb.
Səhər saat 8-dən seçicilər üçün açıq olan məntəqə axşam saat 8-ə qədər fəaliyyət göstərəcək.
Səsvermədə iştirak edən ukraynalılar bu seçkilərin nəticələrinin ölkədə gedən müharibəyə son qoycacağına ümid edir.