“Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi” QSC-də bədbəxt hadisə baş verib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, Səbail Rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə bu gün səhər saatlarında qeydə alınıb.
“Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi”nin gəmi təmiri sexində quraşdırıcı işləyən, 1986-cı il təvəllüdlü Mirbağır Mirnağı oğlu Zeynalov ehtiyatsızlıqdan dənizə düşərək boğulub. Onun meyiti sudan çıxarılaraq ailəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.