ANS-də yayımlanan “Bazar səhəri Rövşanə ilə” verilişində qonaq olan aktrisa Fidan Axundova canlı yayımda pərt olub.
Oxu.Az xəbər verir ki, aparıcı Rövşanə Bektaşi aktrisaya bir tamaşaçı tərəfindən gələn SMS-i oxuyub:
“Xanımlıqdan danışır, amma utanmır, ayağını ayağının üstünə aşırıb”.
Bu iradı eşidən aktrisa “Mən uzun libas geyinmişəm və buna görə, ayağımı ayağımın üstünə aşırmışam. Belə də ki, lap əcəb eləmişəm” - deyə cavab verib.