Dünən gecə erməni hərbi qulluqçusu Azərbaycan tərəfdən açılan atəş nəticəsində yaralanıb.
Oxu.Az “Novosti-Armeniya”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Erməni KİV iddia edir ki, insident bazaar günü Moskva vaxtı ilə 23:55-də, Tavuş vilayətinin (Ermənistanın şimalı) Ayqepat kəndi yaxınlığındakı döyüş postunda baş verib.
“Hərbi qulluqçu Armenak Ayvazyan baldır nayihəsindən deşib keçmiş güllə yarası alıb. O, maşınla təhlükəli sahədən uzaqlaşmaq istəyib, lakin düşmən maşının ön şüşəsindən daha bir atəş açıb və nəticədə Ayvazyan ikinci dəfə - sağ əlinin bilək nahiyəsindən yaralanıb”, – məlumatda deyilir.
Yaralı həkim nəzarətindədir, onun vəziyyəti stabil kimi qiymətləndirilir.