Dünyaca mәşhur “Education First” şirkəti ölkələrin ingilis dili biliklərinə görə reytinqini tərtib edib.
Oxu.az xəbər verir ki, Azәrbaycan siyahıda 72 ölkə arasında 57-ci sırada qərar tutub. Avropa ölkələri arasında isə ölkəmiz 26 ölkə arasında ən sonda dayanır.
Qeyd edək ki, siyahıda ilk 3 yeri Niderland, Danimarka və İsveç tutub.
Rusiya 34-cü, Ukrayna 41-ci, Türkiyə isə 51-ci yerdə qərarlaşıb.
İsmayıl Nur
www.oxu.az