“Oktyabrın 25-i axşam saatlarından başlayaraq ölkə ərazisindən soyuq atmosfer cəbhəsinin keçməsi nəticəsində hava şəraiti kəskin dəyişib. Bu gün səhərədək respublikanın bir sıra rayonlarında yağıntı müşahidə edilib, bəzi rayonlarda intensiv olub”.
Bunu Oxu.Az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.
Onun sözlərinə görə, dağlıq və dağətəyi rayonlarda havanın temperaturunun aşağı düşməsi nəticəsində şaxta qeydə alınıb:
“Bir sıra rayonlarda qar örtüyü əmələ gəlib. Şahdağ, Xaltan, Qusar, Altıağac, Daşkəsəndə 3 santimetrədək, Xınalıq, Qrızda isə 23-25 sm qar örtüyü müşahidə olunur. Bir sıra rayonlarda külək 32 m/san-dək güclənib.
Bakıda və Abşeron yarımadasında küləyin maksimal sürəti 28 m/san olub, dənizdə dalğanın hündürlüyü 5.5 metrə çatıb”.
O qeyd edib ki, əlverişsiz hava şəraiti gün ərzində davam edəcək.
View this post on Instagramİlhamə Əbülfət
"Abşeron rayonu" teqi üzrə xəbərlər
- Xırdalanda təhlükəli qazıntı iddiası: "BakuBus" evlərdən cəmi yarımmetr aralıda iş aparır - Foto
- "Zapı" ilə avtoxuliqanlıq edən şəxs həbs olundu
- Abşeronda kişi borc aldığı arvadını bıçaqladı
- Sabah Bakının iki rayonunda işıq olmayacaq
- Mehdiabad sakinlərinin marşrut avtobusu problemi: Bəziləri gecikir, bəziləri qəsəbəyə girmir - Foto
Digər xəbərlər