Azərbaycan xeyriyyə fondu Rumıniya uşaq evinə yardım edib.
Oxu.Az xəbər verir ki, Azərbaycanın xeyriyyə fondunun Buxarestin uşaq evlərindən birini himayəyə götürdüyünü Rumıniya KİV-i bildirib. Bu, “Müqəddəs Məryəm Uşaq evidir”.
Rəhbərlik bəyan edib ki, xeyriyyə fondunun nümayəndələri humanitar yardımı ərzaq, geyim və məişət texnikası kimi çatdırıblar. Qeyd etmək lazımdır ki, Rumıniya və Azərbaycan son zamanlar yalnız iqtisadi deyil, eləcə də mədəni planda əməkdaşlıq edirlər. İkitərəfli qaydada tez-tez müxtəlif sərgilər, seminarlar və digər mədəni tədbirlər keçirilir.
A.İ.