Rusiya arağının Azərbaycana idxalı kəskin şəkildə azalıb.
Oxu.Az xəbər verir ki, bu barədə “Komersant” qəzetində dərc edilmiş məqalədə yazılıb.
Bunun səbəbi kimi isə manatın devalvasiyası göstərilib.
Arağın və liker-araq məhsullarının tədarükü pul ekvivalentində Azərbaycana idxalı iki dəfə - 10,56 milyon dollardan 5,3 milyon dollara qədər azalıb.