Rusiya Dəniz Gəmiçilik Registri Azərbaycanın “Bakı Gəmiqayırma Zavodu” MMC-yə üç ədəd 38M tipli yüksək sürətli sərnişin katerinin inşasını sifariş verib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, artıq tərəflər arasında müqavilə bağlanıb, katerlərin tikintisinə avqust ayında başlanacaq. Müqavilə üzrə sifarişlər 2016-cı ilin may ayına qədər başa çatdırılmalıdır, “Portnews” yazır.
Uzunluğu 38,22 metr, eni 8,2 metr, işçi heyəti 8 nəfər təşkil edən katerlər 80 nəfərlik heyəti və yükləri mobil dəniz qazma qurğularına, dənizdəki digər neft və qaz obyektlərinə daşımaq üçün nəzərdə tutulur.