Rusiya Azərbaycana “Yak-130” (NATO kodu “Mitten”) təlim-döyüş təyyarələrinin ixracına hazırlaşır.
Oxu.Az xəbər verir ki, bu barədə APA-ya təyyarənin istehsalçısı olan “İrkut” şirkətindən məlumat verilib.
Rusiya tərəfi təyyarənin Azərbaycan Hərbi Hava Qüvvələri üçün təqdimatını keçirib.
Ötən il Rusiyada səfərdə olan Azərbaycanın hərbi pilotları təyyarədə uçuşlar həyata keçirib, texniki-taktiki göstəriciləri ilə yaxından tanış olublar.