Mayın 1-də saat 21:30 radələrində Qusar rayonunun Yuxarı Zeyxur kəndi ərazisində meşə massivində 1 nəfər silahlı şəxsin Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini pozmağa cəhd göstərməsi müəyyən edilib.
Oxu.Az xəbər verir ki, bu barədə Qusar Rayon Prokurorluğundan APA-ya məlumat verilib.
Məlumata əsasən, saxlanılması ilə bağlı qanuni tələblərə tabe olmayan sərhəd pozucusu, 1991-ci il təvəllüdlü Elvin Məmmədyarov hüquq-mühafizə orqanları əməkdaşlarına atəş açaraq silahlı müqavimət göstərib, cavab tədbiri olaraq xidməti silahdan istifadə olunmaqla zərərsizləşdirilib.
Faktla bağlı Qusar Rayon Prokurorluğunda müvafiq araşdırmalar aparılır.
N.О.