Yazıçı Sərdar Aminin yeni kitabı nəşr olunub.
Oxu.Az xəbər verir ki, tarixi faktlardan ibarət toplu Azərbaycan coğrafiyasına rəhbərlik etmiş tarixi şəxsiyyətlərin yanlışlarını hədəfə alıb.
“Azərbaycan tarixində atılmış beş yanlış addım” adlı kitabda Xürrəmilər, Səfəvilər, Xanlıqlar, SSRİ və müstəqillik dönəmində atılmış bir neçə yanlışdan bəhs olunur.
Müəllif iddia edir ki, həmin yanlışlar olmasaydı, indi həyatımız tamam başqa cür davam edəcəkdi. Nəşr olunan iddiaların hər biri tarixi sənədlərə, nüfuzlu tarixçilərin qeydlərinə əsaslanıb.