Gürcüstan prezidenti Georgi Marqvelaşvili Azərbaycanın müdafiə naziri Zakir Həsənovu qəbul edib.
Oxu.Az SalamNews-a istinadən xəbər verir ki, görüşdə hərbi-texniki və sənaye sahəsində ikitərəfli əməkdaşlığın genişləndirilməsinin vacibliyi vurğulanıb.
Gürcüstanın Prezident Administrasiyasından bildirilib ki, tərəflər regional təhlükəsizlik məsələsini müzakirə ediblər. Onlar regionun enerji nəqliyyatı infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi məqsədilə Azərbaycan, Türkiyə və Gürcüstan hərbçilərinin iştirakı ilə birgə təlimlərin planlaşdırılması və keçirilməsi məsələlərini müzakirə ediblər.
Vurğulanıb ki, müxtəlif sahələrdə üçtərəfli əməkdaşlıq mövzusu üçgünlük Tiflis Sammitində müzakirə olunub.