Gürcüstanda səfərdə olan Azərbaycanın müdafiə naziri Zakir Həsənov prezident Georgi Marqvelaşvili ilə görüşüb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, görüş jurnalistlər üçün qapalı keçirilib.
Görüşdə ikitərəfli əməkdaşlıq, Azərbaycan-Gürcüstan dostluq münasibətləri və digər vacib məsələlər müzakirə olunub.
Mayın 30-da Azərbaycanın müdafiə naziri həmkarı İrakli Alasaniya ilə birlikdə Batumidə Gürcüstanın Polis Gününə həsr olunan tədbirə qatılacaq.
Z.Həsənovun Batumidə Gürcüstanın baş naziri İrakli Qaribaşvili ilə görüşü də gözlənilir.