Bu gün Quba rayonunda yağan yağış bir sıra fəsadlar yaradıb.
Oxu.Az APA-ya istinadənxəbər verir ki, Ağçaya gələn güclü sel nəticəsində Tülər kəndinə gedən körpü uçub.
Kəndlə əlaqə kəsilib. Çayın sağ sahilində 50-dək vətəndaş evlərinə gedə bilmir.
Kəndin icra nümayəndəsi Oqtay İsayev bildirib ki, bir neçə evə də ziyan dəyib.
Kənd sakinlərinə məxsus bir neçə baş iribuynuzlu heyvanı da sel aparıb.