Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Azərbaycan və Albaniya arasında media sahəsində Anlaşma Memorandumu imzalanıb
Medianın İnkişafı Agentliyində (MEDİA) Albaniyanın Media və İnformasiya Agentliyinin Baş direktoru Alteo Husi ilə görüş keçirilib, tərəflər arasında Anlaşma Memorandumu imzalanıb.
Oxu.Az xəbər verir ki, bu barədə MEDİA məlumat yayıb.
Bildirilib ki, görüş zamanı Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov media sahəsinə məsul qurumlar və media subyektləri arasında təcrübə mübadiləsinin aparılmasının və birgə layihələrin həyata keçirilməsinin, ümumilikdə uzunmüddətli qarşılıqlı səmərəli əməkdaşlığın qurulmasının önəmini diqqətə çatdırıb, dezinformasiyaya qarşı mübarizə və media savadlılığının artırılması istiqamətində səylərin gücləndirilməsinin vacibliyini vurğulayıb.
Albaniya Respublikasının Media və İnformasiya Agentliyinin Baş direktoru Alteo Husi görüşün təşkilinə görə təşəkkürünü bildirib, səmərəli və faydalı tərəfdaşlıq münasibətlərinin qurulmasının informasiya sahəsində mövcud çağırışlara uyğun birgə tədbirlərin görülməsinə və yeni media formatlarının tətbiqinə imkan yaradacağını vurğulayıb, bu sahədə effektiv təcrübələrin paylaşılmasının zəruriliyi məsələlərinə toxunub.
Daha sonra Azərbaycanın Albaniyada fövqəladə və səlahiyyətli səfiri Anar Hüseynovun iştirakı ilə Medianın İnkişafı Agentliyi və Albaniya Media və İnformasiya Agentliyi arasında media və kommunikasiya sahəsində ən yaxşı praktikaların bölüşülməsi, məlumat və təcrübə mübadiləsi, qarşılıqlı fayda və maraq kəsb edən təşəbbüs və layihələr üzrə tərəfdaşlığın genişləndirilməsi, müvafiq sahəyə məsul rəsmi şəxslərin və ekspertlərin qarşılıqlı səfərlərinin təşviqi kimi əməkdaşlıq formalarını nəzərdə tutan Anlaşma Memorandumu imzalanıb.
"Medianın İnkişafı Agentliyi" teqi üzrə xəbərlər
- Oxu.Az-ın iki əməkdaşı "Fərdi jurnalist müsabiqəsi"nin qalibi oldu
- COP29-da Azərbaycan mediasında yayımlanan xəbər və reportajların sayı açıqlanıb
- COP29 çərçivəsində xarici media nümayəndələri İçərişəhəri ziyarət edib
- MEDİA jurnalistlərin gəlirlərinin 75 faizinin vergidən azad edilməsi ilə bağlı qanunu şərh edib
- COP29 çərçivəsində media nümayəndələri üçün Şamaxıya mediatur təşkil olunub
Rəylər