Azərbaycanın Təhsil Nazirliyində Türkiyənin milli təhsil naziri Ziya Selçukun rəhbərlik etdiyi nümayəndə heyəti ilə geniş tərkibdə görüş keçirilib.
Bu barədə Azərbaycanın Təhsil naziri Emin Əmrullayev “Twitter” hesabında paylaşım edib.
O qeyd edib ki, görüşdə iki qardaş ölkə arasında təhsil sahəsində, o cümlədən peşə təhsili sahəsində əməkdaşlıq istiqamətləri və gələcək perspektivlər müzakirə edildi.
Türkiyənin milli təhsil naziri Ziya Selçukun rəhbərlik etdiyi nümayəndə heyəti ilə geniş tərkibdə görüş keçirildi. Görüşdə iki qardaş ölkə arasında təhsil sahəsində, o cümlədən peşə təhsili sahəsində əməkdaşlıq istiqamətləri və gələcək perspektivlər müzakirə edildi. pic.twitter.com/1SAvs2BrWH
— Emin Amrullayev (@EminAmrullayev) May 28, 2021