Azərbaycanda nostrifikasiya (Xarici diplomların tanınması və ekvivalentliyinin müəyyən edilməsi) ilə əlaqədar sənədlərin qəbulu müvəqqəti olaraq dayandırılıb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, Təhsil Nazirliyindən verilən məlumata görə, sənədlərin qəbulu iyunun 1-dən sentyabrın 1-dək aparılmayacaq.
Bu müddət ərzində yalnız həqiqi hərbi xidmətdə olan, dövlət xətti və Dövlət proqramı çərçivəsində təhsil alan, habelə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına sənəd təqdim edən vətəndaşların ərizələri qəbul olunur.
Ümumi qaydada sənəd qəbulu isə sentyabrın 1-dən bərpa olunacaq.