Azərbaycan Ordusunun əsgəri hərbçi yoldaşını bıçaqlayıb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, hadisə Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində qeydə alınıb.
Hərbi hissənin əsgəri, müddətdən artıq xidmət edən hərbi qulluqçu Tural Əlövsət oğlu Bayramov aralarında yaranmış mübahisə zəminində hərbçi yoldaşı, müddətdən artıq xidmət edən hərbi qulluqçu Mahir Yaqub oğlu Rüstəmovu bıçaqlayıb. Yaralı hərbçi hospitala yerləşdirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər.
Hərbçinin vəziyyəti kafi qiymətləndirilir.
Oxu.Az ANS PRESS-ə istinadən hərbçi yoldaşını bıçaqlayan Silahlı Qüvvələrimizin əsgərinin fotolarını təqdim edir: