Azərbaycan prezidenti İlham Əliyevin və İsveçrə Konfederasiyasının prezidenti Didye Burkhalterin təkbətək görüşü keçirilib.
Oxu.Az AzərTAc-a istinadən xəbər verir ki, görüşdə ikitərəfli münasibətlərin siyasi, iqtisadi və digər sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olunub, qarşılıqlı görüşlərin və səfərlərin əhəmiyyəti qeyd edilib.
Söhbət əsnasında həmçinin ölkələrimiz arasında iqtisadi əməkdaşlığın və qarşılıqlı investisiya qoyuluşunun daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğu bildirilib, D.Burkhalterin Azərbaycana rəsmi səfərinin ikitərəfli münasibətlərin genişlənməsi baxımından əhəmiyyəti vurğulanıb.
09:15
İsveçrə Konfederasiyasının Prezidenti Didye Burkhalter iyunun 1-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.
Oxu.Az AzərTAc-a istinadən xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
İsveçrə Konfederasiyasının Prezidenti Didye Burkhalteri hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşılayıblar.