Azərbaycan Xarici İşlər Nazirliyi Rusiyada “Mİ-8” helikopterinin qəzaya uğraması ilə bağlı bu ölkəyə başsağlığı verib.
Oxu.Az-ın məlumatına görə, başsağlığı mətni nazirliyin rəsmi “Twitter” səhifəsində paylaşılıb.
“Kamçatkanın Kuril adaları bölgəsində “Mİ-8” helikopterinin qəzaya uğraması nəticəsində həlak olanların yaxınlarına və Rusiya xalqına dərin hüznlə başsağlığı veririk”, - deyə başsağlı mətnində bildirilib.
Выражаем искренние и глубокие соболезнования народу России, семьям и родным погибших в результате крушения вертолета МИ-8 с туристами на борту на Камчатке в районе Курильского озера.@mfa_russia @MID_RF
— MFA Azerbaijan 🇦🇿 (@AzerbaijanMFA) August 12, 2021