Bu gün Azərbaycanda daha bir zəlzələ olub.
Respublika Seysmoloji Xidmət Mərkəzindən Oxu.az-a verilən məlumata görə, yerli vaxtla saat 15:09-də Qazaxdan 22 km şərqdə, Ağstafada zəlzələ qeydə alınıb.
Mərkəzdən bildirib ki, titrəyişlər 3.1 bal maqnitudada, 10 km dərinlikdə baş verib.
Qeyd edək ki, son günlərdə ölkə ərazisində seysmik aktivlik xeyli artıb və bir neçə zəlzələ qeydə alınıb.