Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Azərbaycan yük gəmisi ilk dəfə Magellan boğazından keçdi
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) "Handysize" tipli "Murovdağ" quru yük gəmisi Magellan boğazını keçən Azərbaycanın ilk yük gəmisi olub.
Oxu.Az ASCO-ya istinadən xəbər verir ki, bu hadisə ilə gəmi ölkəmizin dənizçilik tarixində yeni bir səhifə açıb.
Çilinin Tokopilla limanından 33 000 ton potassium nitratı ilə yola çıxan "Handysize" tipli gəmi Latın Amerikasının cənub sahili boyunca hərəkət edərək, dünyanın ən çətin və strateji əhəmiyyətli dəniz yollarından biri sayılan Magellan boğazından keçib. Hazırda gəmi Atlantik okeanına doğru üzür və İspaniyanın Kadiz limanında yükünü boşaltması planlaşdırılır.
Magellan boğazı Cənubi Amerikanın cənubunda, Çili ərazisində yerləşir və Atlantik okeanı ilə Sakit okeanı birləşdirən mühüm dəniz keçididir. Boğaz güclü küləkləri, dəyişkən hava şəraiti və mürəkkəb su axınları ilə tanınır.
ASCO-nun beynəlxalq sularda istismara verdiyi ikinci "Handysize" tipli məhdudiyyətsiz üzmə imkanlarına malik gəmisi olan "Murovdağ" bu tarixi keçidlə Azərbaycanın dənizçilik sahəsindəki mövqeyini daha da möhkəmləndirir və qlobal yükdaşımalarda iştirakını genişləndirir.
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi (ASCO)" teqi üzrə xəbərlər
- ASCO: Qeyri-sabit hava şəraiti gəmilərin limanlara giriş-çıxışında çətinliklər yaradır
- Azərbaycanda dövlətə məxsus 35 su nəqliyyatı vasitəsi hərraca çıxarılacaq
- Xəzər dənizində bədbəxt hadisə - Ölən var
- İşdən çıxarılan rektorun YERİNƏ TƏYİNAT
- Azərbaycan TARİXİNDƏ İLK: Üçrəngli bayrağımız altında üzən gəmi ABŞ limanında
Rəylər