Ötən gündən Azərbaycanın qərb zonasına yağan yağış gecə saatlarından qarla müşahidə olunub.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, ən çox yağıntı Gədəbəy rayonuna düşüb.
Belə ki, rayonun dağlıq ərazilərinə 20-30 santimetr, şəhərin mərkəzinə isə 18 santimetr qar yağıb. Gecədən başlayaraq rayonun müəyyən kəndlərində elektrik enerjisinin verilməsində problemlər yaranıb. Hazırda rayonda -3 dərəcə şaxta var. Yağan qar rayonda elə də ciddi fəsadlar törətməyib.