Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Azərbaycana idxal edilən kərə yağının qiyməti enib
2023-cü il ərzində Azərbaycana 92 milyon 416 min dollar dəyərində 16 min 596 ton kərə yağı idxal edilib.
APA-nın Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu göstərici 2022-ci illə müqayisədə dəyər baxımından 14,6% və ya 15,7 milyon dollar, həcm baxımından isə 10,6% və ya 1 966 ton azalıb. Belə ki, 2022-ci il ərzində Azərbaycana 108 milyon 181 min dollar dəyərində 18 min 562 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edilib.
Ötən il ölkəyə gətirilən kərə yağının bir kiloqramının orta idxal qiyməti 9,5 manat təşkil edib. Bu göstərici əvvəlki ildə 9,9 manat idi. Azərbaycan kərə yağını ötən il Yeni Zelandiyadan 10,5 manata, Almaniyadan 11 manata, Finlandiyadan 11,6 manata, İrandan isə 7,3 manata idxal edib.
Dövlət Statistika Komitəsinin hesabatına əsasən 2023-cü il ərzində ölkədə 27 min 22 ton kərə yağı istehsal edilib. Bu göstərici əvvəlki illə müqayisədə 4,4 % çoxdur.
Qeyd edək ki, hesabat dövründə Azərbaycanda kərə yağı istehsalı idxaldan 62,8 % çox olub.
"Almaniya" teqi üzrə xəbərlər
- Almaniyada terror aktı törədən islamofob şəxslə bağlı yeni detallar AÇIQLANDI
- Prezident İlham Əliyev almaniyalı həmkarına başsağlığı verdi
- Ştaynmayer Almaniya Parlamentinin buraxılma tarixini açıqladı
- Almaniyada Şolts hökumətinə son: Erkən seçim prosesi başladı
- Almaniyada siyasi böhran: Bundestaq Şolts hökumətinin taleyini həll edəcək
Rəylər