Azərbaycanda Ramazan ayının başlanmasının dəqiq tarixi açıqlanıb.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Xıdır Mikayılovun APA-ya verdiyi məlumata görə, Ramazan ayının başlanmasını bildirən yeni ay iyulun 8-də gündüz saat 12.16-da görünəcək:
“Astronomik təqvimlə həmin axşam niyyət axşamıdır, iyulun 9-dan isə orucluq başlayır”.
Onun sözlərinə görə, növbəti ay avqustun 7-də gecə saat 02.52-də təzələnəcək. Ramazan ayının başlanması ilə əlaqədar fətva Qafqaz Müsəlmanları İdarəsi tərəfindən veriləcək.
Azərbaycan Nazirlər Kabinetinin qərarına əsasən, Azərbaycanda Ramazan bayramı avqustun 8-9-da qeyd olunacaq.
www.apa.az
Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin