Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Azərbaycana yük gətirən gəminin heyəti maaşlarını ALA BİLMİR - İDDİA
Gəmidə müqavilə əsasında işləyirlər və 2 aydan çoxdur ki, maaşlarını ala bilmirlər.
Oxu.Az Xəzər TV-yə istinadən məlumat verir ki, söhbət ''Caspian Maritime Trading'' LLC-nin əməkdaşlarından gedir.
Vasif Cəbrayılov da gəminin 14 heyət üzvlərindən biridir. O, deyir ki, onun da müqaviləsi şirkətlə 6 aylıqdır. Amma, iki aydan çoxdur ki, o da digərləri kimi əməkhaqqını ala bilmir.
Heyət üzvü onu da əlavə edib ki, həmin yük gəmisini Əli adalı şəxs icarə əsasında işlədir. Onlar dəfələrlə icarədardan pulların tələb etsələr də, ala bilməyiblər.
Məsələ ilə bağlı gəmini icarə əsasında işlədən Əli adlı şəxslə biz də əlaqə saxlamağa çalışsaq da, mümkün olmadı. Gəmi heyəti məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edəcəklərini bildirirlər.
Ətraflı süjetdə:
"Cəbrayıl" teqi üzrə xəbərlər
- Cəbrayılda ağır qəza: Ölən və xəsarət alanlar var
- Prezident 2025-ci ilin prioritetini elan etdi - "Böyük Qayıdış proqramı"nın icrası sürətlənəcək
- Cəbrayılda daha 49 ailəyə evlərin açarları təqdim olunub
- Cəbrayıl sakini: "Olmazın çətinliklərini çəkdik, amma o günlər geridə qaldı"
- Keçmiş məcburi köçkün: "Cəbrayıl bizim üçün həssas nöqtədir"
Rəylər