2015-ci ilin I yarısında 14 minə yaxın işsiz və işaxtaran vətəndaş işlə təmin olunub.
Bu barədə Oxu.Az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) məlumat verilib.
Nazirliyin məlumatına görə, analoji dövrdə 13 676 nəfər vətəndaş işlə təmin olunub. 1879 nəfər müvəqqəti xarakterli işlərə göndərilib.
“Bu dövrdə ümumilikdə 1800 nəfərədək işsiz və işaxtaran vətəndaş kompyuter istifadəçisi, bərbər, qaynaqçı, tikişçi, dərzi, qənnadçı, aşbaz köməkçisi, mebel quraşdırıcısı və s. peşələr üzrə peşə hazırlığı və əlavə təhsil kurslarına, həmçinin 675 nəfər haqqı ödənilən ictimai işlərə cəlb edilib”-deyə, ƏƏSMN qeyd edib.
Ülviyyə R. Əli
www.oxu.az