Azərbaycanda müstəqillik əldə ediləndən -1991-ci ildən bu yana 18 nəfərə Atatürk adı verilib.
ANS PRESS-in məlumatına görə, bunu Türkiyə mətbuatı AMEA-nın Dilçilik İnstitutu Terminologiya şöbəsinin müdiri Sayalı Sadıqovaya istinadən yazıb.
S.Sadıqova azərbaycanlıların bu adı uşaqlara verməsinin Mustafa Kamal Atatürkə hörmətdən irəli gəldiyini, lakin bu adın qoyulmasını yasaqlamağı düşündüklərini deyib:
“Atatürk tarixi bir şəxsiyyətdir və bu ad sadəcə ona məxsus olmalıdır”.
Onun sözlərinə görə, Azərbaycanda uşaqlara əcnəbi və ictimaiyyət tərəfindən anlaşılmayan adların verilməməsi üçün 8 min addan ibarət siyahı hazırlanıb və təsdiqlənməsi üçün Milli Məclisə göndəriləcək:
“Bundan sonra ölkədə Atatürk adının verilməsinə icazə verilməyəcək. Buna nə üçün icazə verilmədiyi də göndərilən siyahıda izah edilib”.
www.anspress.com