Dünya Bankı Böyük Bakının Baş inkişaf planı layihəsinin texniki-iqtisadi əsaslandırması üzrə müsbət rəy verib. İyun-iyul aylarında layihə üzrə növbəti dinləmələr keçiriləcək.
Trend xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəhbəri Abbas Ələsgərov cümə günü jurnalistlərə məlumat verib.
Onun sözlərinə görə, əvvəlki dinləmələr nəticəsində layihəyə kiçik dəyişikliklər edilib.
Layihə məsləhətçilərlə birgə hazırlanır – iqtisadi inkişaf məsələlər üzrə ABŞ (Kaya Miller), şəhər planlaşdırması üzrə İtaliya (Ancelo de Urso), ekologiya məsələləri üzrə İspaniya (Eptisa şirkəti) və Baki Dovlet Layihe Institutu layihə institutu məsləhət xidmətləri göstərir.
Plana əsasən, 2030-cu ilədək şəhərin mənzil fondu 30 milyon kvadrat metr artacaq və 65 milyon kvadrat metrə çatacaq. Bu dövr ərzində şəhər əhalisinin sayı 3,325 milyon nəfərə bərabər olacaq.
Plana görə, paytaxtın küçə-yol şəbəkəsi bir neçə yüz kilometr artacaq, çirklənmiş göllərin, şəhərin çirklənmiş ərazilərinin sayı azalacaq. Bu zaman neft mədənlərinin 22 min hektar ərazisi meşə-park zonası üçün təmizlənəcək, 34 min hektar ərazi yaşıllaşdırılacaq, park və bağlar salınacaq.
Böyük Bakıya paytaxt Bakı və ona bitişik 11 rayon, həmçinin Sumqayıt və Xırdalanla birlikdə Abşeron rayonu daxil olacaq, onun ümumi sahəsi 250 min hektar təşkil edəcək.
Komitə sədri Abbas Ələkbərov Trend-ə bildirib ki, ilkin hesablamalara əsasən, Böyük Bakının inkişaf planı layihəsinin həyata keçirilməsinin orta qiyməti 4-5 milyard manata başa gələ bilər.
www.day.az