Güman edirəm ki, Azərbaycan gələcəkdə beş muxtariyyətdən ibarət olacaq. Bunlar mərkəzi Stepanakert olmaqla Dağlıq Qarabağ, mərkəzi Lənkəran olan Talış, mərkəzi Qusar olan Ləzgi və mərkəzi Zaqatala olan Avar muxtariyyətləridir. Bir muxtar respublika isə Azərbaycanda var. Bu Naxçıvan Muxtar Respublikasıdır. Əgər Azərbaycan federallaşmaya getməsə, onun daxilində böyük gərginlik yaşanacaq. Beynəlxalq aləmdə isə problemlərlə üz-üzə qalacaq.
Bu separatçı bəyanatla “Avar Milli Mədəni Muxtariyyəti” adlı qurumun sədri, Mahaçqala şəhərində nəşr edilən “Novoe delo” qəzetinin baş redaktoru Marko Şaxbanov çıxış edib. Şaxbanov Azərbaycanda və Gürcüstanda yaşayan avarların vəziyyətinə də toxunub.
Separatçı bir qədər də irəli gedərək bildirib ki, guya Azərbaycanda məskunlaşmış avarların sayı 200 min nəfərdir.
www.aznews.az
Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin