Bu gün Bakı bulvarında möhtəşəm konsert və atəşfəşanlıq olacaq.
Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov Milli.Az-a bildirib ki, ümummilli lider Heydər Əliyevin anadan olmasının 90-cı ildönümünə həsr olunmuş konsert proqramı saat 21:00-da başlayacaq.
Konsertdə Azərbaycanın tanınmış müğənniləri iştirak edəcəklər.
Konsert sonda paytaxt sakinlərinin xeyli müddətdir gözlədiyi möhtəşəm atəşfəşanlıqla bitəcək.
www.milli.az
Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin