Cari ilin ilk 3 ayında ölkə ərazisində 529 yol qəzası baş verib. Nəticədə 223 nəfər ölüb, 555 nəfər xəsarət alıb.
Bunu Oxu.Az-a Baş Dövlət Yol Polisi İdarəsinin ictimai qurumlarla əlaqə bölməsinin rəisi Kamran Əliyev deyib.
Kamran Əliyevin sözlərinə görə, piyadaların vurulması ilə nəticələnən 224 yol nəqliyyat hadisəsi baş verib. Nəticədə 81 nəfər ölüb, 170 nəfər yaralanıb. Surət həddinin aşınması səbəbindən ölkə ərazisində 151 yol qəzası baş verib. Nəticədə 69 nəfər ölüb, 137 nəfər xəsarət alıb. Baş verən qəzalarda 20 uşaq ölüb, 16 nəfər xəsarət alıb.
E.Ə.
www.oxu.az