“Azərbaycan” istilik elektrik stansiyası 2015-ci ilin I rübündə 2 mlrd. 227,2 mln. kVt/saat elektrik enerjisi istehsal edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 5,1% çoxdur.
Oxu.Az xəbər verir ki, bu barədə “Azərenerji” ASC-nin məlumatında bildirilir.
2015-ci ilin mart ayında stansiyada 736,3 milyon kVt/saat elektrik enerjisi istehsal edilib.
Qeyd edək ki, 2014-cü ildə “Azərbaycan” İES 7 milyard 683,6 milyon kVt/saat elektrik enerjisi istehsal edib.