İyulun 9-da Azərbaycanın müxtəlif ərazilərində baş vermiş bədbəxt hadisələr nəticəsində 4 nəfər ölüb.
Oxu.Az xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Beyləqan şəhərinin ərazisində Şəfəq qəsəbə sakini Qədir Orucovun idarə etdiyi dövlət qeydiyyat nişanları olmayan “KamAZ” markalı avtomobilin yük yerində olan şəhər sakini Sadiq Tağıyev yıxılıb. Xəstəxanaya yerləşdirilmiş S.Tağıyevin həyatını xilas etmək mümkün olmayıb.
Bundan başqa Şəki rayonu Şorsu kəndinin ərazisində kənd sakini Nicat Əkbərli Əyriçay çayında çimərkən suda boğulub. Onun meyiti sudan çıxarılıb.
İyulun 9-da Sabunçu qəsəbə sakini Badam Əliyeva və Bərdə rayon sakini Mətanət Həsənova isə elektrik cərəyanı vurması nəticəsində ölüblər.