Ukraynada hərbi hospitalda toy mərasimi keçirilib.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, Kiyevdə baş tutan bu qəribə mərasim zamanı iki yaralı hərbçi öz xanımları ilə nikaha giriblər. 79-cu Nikolayev briqadasının döyüşçüləri Ukraynanın şərqində antiterror əməliyyatında iştirak edərkən yanıq xəsarəti alıblar.
Həkim hərbçilərin ən az 1 ay hospitalda həkim nəzarətində qalmasını istəyib.
Yaralı əsgərlərin birlikdə yaşadıqları xanımları isə onlara jest edərək xəstəxanada kəbin kəsilməsini təşkil ediblər. Kəbin kəsmə mərasimi Kiyevdə baş hərbi hospitalda baş tutub.