Dünya çempionatının yarımfinalında üz-üzə gələn Braziliya-Almaniya oyunundan sonra intihar hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, ANS PRESS-in məlumatına görə, Braziliya yığmasının azarkeşi 10-cu sinif şagirdi Praqya Thapa özünü yaşadığı evin tavanından asaraq öldürüb.
Qızın cəsədi anası tərəfindən tapılıb. Cəsəd ekspertizaya göndərilib. Polis faktla bağlı araşdırmalara başlayıb.
Qeyd edək ki, iyunun 9-da Dünya çempionatının yarımfinal mərhələsində Braziliya yığması Almaniya millisi ilə qarşılaşmışdı. “Alman maşını” “samboçu”ları 7:1 hesabı ilə məğlub etmişdi. Bu, ölkədə kəskin etirazlara səbəb olmuşdu. Hətta azarkeşlər bəzi futbolçuları döyməyə də cəhd etmişdi.