Şəmkirdə bədbəxt hadisə baş verib.
Oxu.Az xəbər verir ki, Şəmkir rayon Dövlət Yanğından Mühafizə hissəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Çinarlı kəndində baş verib.
Kənd sakini Vidadi Bayramovun həyətində quyu təmizləməyə gedən Samux rayon Alabaşlı kənd sakini, 46 yaşlı Zirəddin İsmayılov kəndirin qırılması nəticəsində 30 metrlik quyuya düşüb.
Xəsarət alan Z. İsmayılov hadisə yerində dünyasını dəyişib.
Şəmkir rayon Dövlət Yanğından Mühafizə hissəsinin xilasediciləri meyiti quyudan çıxararaq aidiyyatı üzrə təhvil veriblər.