Respublika Seysmoloji Mərkəzi Azərbaycanda baş verən zəlzələ ilə bağlı məlumat yayıb.
Mərkəzdən Oxu.Az-a verilən xəbərə görə, zəlzələ yerli vaxtla saat 09:49 radələrində Şəki ərazisində qeydə alınıb.
Zəlzələ episentrdə 7 bal, yaxın yaşayış məntəqələrində 6,5 və 4 bala qədər hiss olunub.

10:07
Azərbaycanda səhər saatlarında güclü zəlzələ baş verib.
Oxu.Az xəbər verir ki, İsmayıllı rayonu ərazisində güclü silkələnmə qeydə alınıb.
Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, zəlzələ təxminən saat 09:45 radələrində baş verib.
Bundan başqa, oxuculardan daxil olan məlumata görə, zəlzələ Şəki, İsmayıllı, Zaqatala, Balakən, hətta bir sıra Aran rayonlarında da hiss olunub.
Respublika Seysmoloji Xidmət Mərkəzinin əməkdaşı Tahir Məmmədov Oxu.Az-a bildirib ki, zəlzələnin olması ilə bağlı hazırda araşdırma aparılır.
Dağıntılar və xəsarət alanlar barədə hələlik məlumat yoxdur.