18 Oktyabr - 10 Noyabr arasında Çin Xalq Respubliksının paytaxtı Pekin şəhərində “Miss Bikini Universe 2015” beynəlxalq model müsabiqəsi keçiriləcək.
Oxu.Az-a bu haqda məlumatı World Beauty Congress-in Qafqaz ölkələri üzrə koordinatoru, təşkilatçı Aqil Məmiyev verib.
“Təmsilçimiz Pərvin Həsənzadə ilə birlikdə hazırda yarışma ilə bağlı hazırlıqlara başlamışıq. Fotosessiylar, ölkəmizi tərənnüm edən video- tizerlər, TV ve media müsahibələrə başlayırıq. Pərvinin üzərində hazırda tanınmış stilist Günel Ağacanova işləyir. Hazırlıqlar Eurovision müsabiqəsi formasında aparılır. Təmsilçimiz müsabiqə üçün tanınmış fotoqraf Zeynal Məmmədlinin fotokameraları qarşısına keçərək zövqlü fotosessiya hazırlayıb”.
Təşkilatçı onu da qeyd etdi ki, Pərvin Rusiyada peşəkar model kimi fəaliyyət göstərir.
“İnanıram ki, ölkəmizə bu dəfə də qələbə ilə qayıdacaq.Təmsilçimizin boyu 174 sm, yaşı 24-dür”-, deyə Məmiyev sözlərinə əlavə edib.
Xatırladaq ki, müsaqbiqənin beynəlxalq direktoru World Beauty Congress-in prezdenti Zamir Hüseynov, Azərbaycan üzrə təşkilatçısı Aqil Məmiyevdir.
Aytən Sadıqzadə
www.oxu.az