Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Azərbaycanda 900 min manata gəmi satılır
Azərbaycanda dövlətə məxsus "Vixr" tipli gəmi hərraca çıxarılacaq.
Oxu.Az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti məlumat yayıb .
Məlumata görə, iyulun 23-də və 30-da Azərbaycanda dövlət əmlaklarının özəlləşdirilməsi ilə bağlı növbəti hərraclar keçiriləcək. Hərraclara 4 səhmdar cəmiyyətinin səhm paketi, 34 nəqliyyat vasitəsi və müxtəlif növ avadanlıqlar çıxarılacaq.
Səhmdar cəmiyyətləri sənaye, xidmət sahələrinə aiddir. Onların 30-44 %-lik səhm paketi özəlləşdirilməyə çıxarılıb. Nəqliyyat vasitələrinin isə markaları müxtəlifdir. Onların sırasında gəmi də var. İlkin qiyməti 900 000 manat olan "B-98" layihəli gəmi alıcılara təklif olunur. Gəmi Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinə məxsusdur. Hərraca çıxarılan avtomobillərin istehsal tarixi 1993-2019-cu illər arasında dəyişir.
Hərraca çıxarılan əmlakların siyahısı ilə https://clck.ru/3BfQrn linki vasitəsilə tanış olmaq mümkündür.
İştirak etmək istəyənlər Xidmətin rəsmi saytından (emlak.gov.az) və ya Özəlləşdirmə portalından (privatization.az) hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilər. Elektron Xidmətlər Portalında (e-emlak.gov.az) qeydiyyatdan keçməklə, dövlət əmlakının ilkin hərrac qiymətinin 10%-i qədər beh ödəyərək iştirakçı statusu əldə etmək olar.
"Əmlak Məsələləri Dövlət Xidməti" teqi üzrə xəbərlər
- Rüşvət alan məmurlardan birinin cəzası azaldıldı, digəri isə azadlığa buraxıldı
- Qəbələ RLS-in rəhbərliyi dəyişib
- Dövlət qurumlarına məxsus nəqliyyat vasitələri satışa çıxarılır - QİYMƏTLƏR
- Torpaqdan təyinatdan kənar istifadə halları üçün cərimələrin məbləğləri nəzərdən keçiriləcək
- İlqar Həbiyev: "Dövlət qurumları 10 iş günü müddətində rəylərini elektron qaydada bildirməlidirlər"
Rəylər