Azərbaycanda xilasedicilər ağır çəkili qadını 5-ci mərtəbədəki mənzilindən endirməyə kömək edib.
Oxu.Az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, FHN-nin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində yaşadığı mənzildə xəstə vəziyyətdə olan 1949-cu il təvəllüdlü qadının xəstəxanaya aparılması üçün xilasedici köməyinə ehtiyac yaranıb.
Xilasedicilər ağır çəkili qadını beşmərtəbəli binanın 5-ci mərtəbəsindəki mənzildən xərəkdə endirərək Təcili Tibbi Yardım Stansiyasının avtomobilinə yerləşdiriblər.