Dünyaca məşhur müğənni-bəstəkar Emin konsert verməyə hazırlaşır.
Oxu.Az xəbər verir ki, Ağalarovun növbəti solo konserti Türkiyədə, Kəmərdə olacaq. Şou avqustun 30-da “Rixos Sungate”də baş tutacaq.
Türkiyə konsertindən dərhal sonra müğənni sentyabrın 6-da Rusiyada, Moskvada çıxış edəcək.