Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Azərbaycanda ailə sağlamlıq mərkəzlərinə qrip əleyhinə peyvəndlər paylanıb
Səhiyyə Nazirliyi ailə sağlamlıq mərkəzlərinə qrip əleyhinə peyvəndlər paylayıb.
Bunu “Report”a açıqlamasında Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.
O bildirib ki, ilk növbədə kiçik yaşlı uşaqların, yaşı 65-in üzərində olan şəxslərin, hamilə qadınların, müxtəlif ağır xroniki, o cümlədən tənəffüs sisteminin xəstəlikləri olan şəxslərin qripə qarşı peyvənd olunması tövsiyə edilir.
Nazirlik rəsmisi vurğulayıb ki, hər bir vətəndaş öz istəyi ilə yaşadığı ərazi üzrə ailə sağlamlıq mərkəzlərinə müraciət edərək peyvənd oluna bilər:
“Peyvəndlər kifayət qədər təhlükəsiz və effektivdir”.
Qeyd edək ki, səhiyyə naziri Teymur Musayev Ümumdünya Səhiyyə Təşkilatının “Qriplə mübarizəyə dair Qlobal Strategiya 2019-2030” sənədinə uyğun olaraq “2022-2023-cü ilin payız-qış mövsümünün başlaması ilə əlaqədar əhali arasında qrip və kəskin respirator virus infeksiyalarına qarşı profilaktik və əksepidemik tədbirlərin, həmçinin infeksiya üzərində epidemioloji nəzarətin gücləndirilməsi məqsədilə” əmr imzalamışdı.
"Səhiyyə Nazirliyi" teqi üzrə xəbərlər
- Xəstənin burun əməliyyatından sonra komaya düşməsi barədə prokurorluq araşdırmaya başladı
- Saxta diplomlu "həkim"lərin sayı niyə artır? - "Prosesə üç dövlət qurumu nəzarət edir"
- Estetik əməliyyatdan sonra ölüm və koma olan klinikanın rəhbəri: "Məşğulam, danışa bilmirəm"
- Bakıda klinika estetik əməliyyatdan sonra ölən bloqerə görə CƏZALANDIRILDI
- Ötən il Azərbaycanda neçə nəfəri heyvan dişləyib?
Rəylər