Azərbaycanda övladına sahib çıxmayan ana ilə bağlı polis hərəkətə keçib.
Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı Lumu İsrəfilli açıqlama verib.

O qeyd edib ki, məsələ ilə bağlı araşdırma aparılır.
Məhərrəm Əliyev
Azərbaycanda ana övladına sahib çıxmadığı üçün körpəyə baxan dayə onu sığınacağa gətirib.
Oxu.Az xəbər verir ki, bu barədə "Təmiz Dünya" Qadın və Uşaqlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova məlumat verib.
M.Zeynalova qeyd edib ki, uşağın omba nahiyəsində qızartı və bişməcə yaranıb:
"Körpənin heç bir sənədi yoxdur. Bu hal işimizi bir qədər çətinləşdirəcək".
Məhərrəm Əliyev