Save the Children xeyriyyə təşkilatı dünyada analıq üçün əlverişli şəraitin olduğu ölkələrin reytinqini açıqlayıb, təşkilatın saytında bildirilir.
Oxu.Az xəbər verir ki, reytinqdə 179 ölkənin göstəriciləri təhlil edilib.
Azərbaycan reytinqdə 90-cı yerdədir. Qonşularımız Gürcüstan 86, Ermənistan isə 103-cü yeri tutur.
Keçmiş SSRİ ölkələri arasında ən yaxşı göstərici Belarusdadır – bu ölkə, 25-ci yeri tutur.
Rusiya 56, Ukrayna isə 69-cu pillədə qərarlaşıb.
İlk üçlükdə isə Norveç, Finlandiya və İslandiya yer alıblar.
Dünyada ana olmaq üçün ən pis ölkə isə Somali seçilib.
Tədqiqatda müxtəlif göstəricilər, o cümlədən qadınların hamiləlik və övlad dünyaya gətirərkən ölməsi ehtimalı təhlil edilib.